Almaniya prezidentinin Qənirə Paşayevaya  CAVABI
22 aprel 2013 19:01 (UTC +04:00)

Almaniya prezidentinin Qənirə Paşayevaya CAVABI

0

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında Almaniya prezidenti Joachim Gauck çıxış edib.

 

Lent.az-ın verdiyi məlumata görə, Joachim Gauck çıxışdan sonra AŞPA deputatlarının suallarını da cavablandırıb.

 

Qənirə Paşayeva da Joachim Gaucka sual ünvanlayıb. Millət vəkilinin sualı Almaniyada yaşayan türklərlə bağlı olub. O bildirib ki, son dövrlər  Almaniyada türk kökənli vətəndaşlara qarşı hücumlar daha da artır və Almaniyada yaşayan türk kökənli vətəndaşlar bundan ciddi şəkildə narahatdırlar. Qənirə Paşayeva  Joachim Gauck sual verib ki, prezident olaraq türk vətəndaşların bu narahatlığı onu narahat edirmi və bu halların qarşısını almaq hökumətin addımları onu qane edirmi. Millət vəkili Almaniya prezidentindən Nasyonal Sosyalist Yeraltı (NSU) terror təşkilatı ilə mübarizənin səviyyəsini yetərli sayıb-saymadığını da soruşub.

 

Almaniya prezidenti Qənirə Paşayevanın sualına cavab olaraq deyib ki, Almaniyada hücumlar təşkil edilib, lakin qətl məqsədi güdən bu kiçik qatillər qrupunu hər hansı Nasional Sosialist (NS) qurumuna bərabər tutmaq olmaz: “Bu xoşagəgəlməz və miskin fəalların nisbətən kiçik qrupudur. Partiya hüdudları daxilində və ya ondan kənarda belə qruplar müəyyən narahatlığa səbəb olurlar. Lakin onlar türk icması üçün elə də böyük təhlükə deyillər ki, biz bütün cəmiyyət boyu barrikadalara ucaldaq. Almaniya qanunun aliliyinə əsaslanır və irqçilik və ksenofobiya ilə mübarizə üçün kifayət qədər resurslara malikdir. Eyni zamanda Almaniya hüquq sistemi beynəlxalq normaları ehtiva edir. Mən NS təşkilatların əhalinin bütün bir qrupu üçün təhdid törətməsi fikrini bölüşmürəm. İnteqrasiya daim bizim gündəliyimizdədir və mən bu müzakirələrdə olduqca yaxından iştirak edirəm. Sələfim vəzifəsini tərk edəndə mən ona və Almaniya cəmiyyətinə vəd verdim ki, inteqrasiya mühüm məsələ olaraq qalacaq. Əlbəttə, bu, bizim türk vətəndaşlarımıza da şamil olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1938

Oxşar yazılar