Almaniya Bundestaqının deputatı: ”...geri qaytarmaq vacib şərtdir ”
29 may 2013 18:17 (UTC +04:00)

Almaniya Bundestaqının deputatı: ”...geri qaytarmaq vacib şərtdir ”

Almaniya Bundestaqında Xristian Demokratik İttifaqından deputat, Avropa işləri üzrə komitənin daimi üzvü Tomas Bareis (Thomas Bareiss) Ermənistan-Azərbaycan münaqişəsinə dair bəyanat verib.


 

Avropa Azərbaycan CəmiyyətindənAPA-ya verilən məlumata görə, bəyanatda ATƏT-in Minsk Qrupunun BMT-nin məsələyə cəlb olunması istiqamətində çağırışları dəstəklənir: “Almaniya Bundestaqı Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmuş tərəflər arasında davamlı sülh razılığı əldə olunması üçün göstərilən cəhdlərə öz töhfələrini davam etdirəcək. Cənubi Qafqazda qaçqın düşmüş əhaliyə öz ata-baba yurdlarına daimi və təhlükəsiz qayıtmaq üçün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisini və onun ətrafındakı Azərbaycan rayonlarını geri qaytarmaq vacib şərtdir. Biz ATƏT-in Minsk Qrupunun BMT-nin məsələyə cəlb olunması istiqamətində çağırışlarını dəstəkləyirik. Məcburi köçkünlüyün hər hansı bir forması Avropa İdeyasına ziddir. Münaqişənin dərhal və davamlı həlli üçün güclü cəhd çox vacibdir, bunun üçün qaçqınların maraqlarını da nəzərə almaq lazımdır. Bu səbəbdən biz Avropa marağından çıxış edərək təkcə Minsk Qrupunun qərarlarının deyil, bütövlükdə BMT, Avropa Şurası və ATƏT-in bütün qətnamələrinin tezliklə həyata keçirilməsini görməkdə maraqlıyıq”.

 

T.Bareis daha sonra qeyd edir ki, Almaniya və Azərbaycan arasındakı əlaqələr açıq fikir mübadiləsi əsasında formalaşıb: “Bu fikir mübadiləsi yüksək səviyyədədir və müxtəlif sahələri əhatə edir. Son onilliklər göstərib ki, bütün dövlətlərin çiçəklənməsi və tərəqqisinin təhlükəsizliyi üçün sülh danılmaz şərtdir. Odur ki, biz bütün səviyyələrdə, ilk növbədə isə azərbaycanlı tərəfdaşlarımızın əminliyini və təhlükəsizliyini birdəfəlik təmin etmək, ikinci tərəfdən də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində birgə işləmək üçün ikitərəfli əlaqələrimizi artırmaq və genişləndirməkdə maraqlıyıq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521
avatar

Oxşar yazılar