Türkiyənin Adana və Ceyhan şəhərlərində Xocalı faciəsinin 21-ci il dönümü münasibəti ilə anım mərasimləri keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, İctimai Televiziyanın departament direktoru Anar Yusifoğlu, tanınmış müğənni Əhməd Şəfəq və eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edib. Hər iki anım mərasimində ermənilərin xalqımıza qarşı görsətdikləri amansızlıqlar, həmçinin Xocalı soyqırımı barədə ətraflı məlumat verilib.
DİDK-nin sədr müavini Valeh Hacıyev Lent.az-a açıqlamasında bildirib ki, Adana bələdiyyəsinin qəbul etdiyi qərara əsasən adıçəkilən şəhərdə Xocalıda şəhid olanların xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə ucaldılacaq.