ABŞ şirkəti “exit-poll”un nəticələrini açıqladı - VİDEO - YENİLƏNİB
10 oktyabr 2013 00:40 (UTC +04:00)

ABŞ şirkəti “exit-poll”un nəticələrini açıqladı - VİDEO - YENİLƏNİB

 

ABŞ-ın “Arthur J.Finkelstein and Associates” şirkəti Azərbaycanda prezident seçkilərində keçirdiyi “exit-poll”un yekun nəticələrini açıqlayıb.

 

APA-nın məlumatına görə, məlumatların toplanması başa çatdıqdan sonra yekun nəticə belədir:

 

İqbal Ağazadə - 1,5%

İlham Əliyev - 83,7%

Araz Əlizadə - 1,2%

Hafiz Hacıyev - 0,7%

Qüdrət Həsənquliyev - 1,7%

Cəmil Həsənli - 8,1%

İlyas İsmayılov - 0,8%

Fərəc Quliyev - 0,9%

Sərdar Cəlaloğlu - 0,6%

Zahid Oruc - 0,8%.

 

 

 

 

 

***

20.07

ABŞ-ın “Arthur J.Finkelstein and Associates” şirkəti Azərbaycandakı prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticələrini elan edib.


 

APA-nın məlumatına görə, nəticələri şirkətin icraçı direktoru Corc Birnbaum açıqlayıb:

 

 

İqbal Ağazadə - 1,6%

İlham Əliyev - 82,7%

Araz Əlizadə - 1,2%

Hafiz Hacıyev - 0,7%

Qüdrət Həsənquliyev - 1,7%

Cəmil Həsənli - 8,8%

İlyas İsmayılov - 0,9%

Fərəc Quliyev - 0,9%

Sərdar Cəlaloğlu - 0,6%

Zahid Oruc - 0,9%.

 

 

                                            C. Birnbaum “exit-poll”u “APA Holding”in dəvəti əsasında keçirdiklərini xatırladaraq fəal işə görə komandasına təşəkkür edib.

 

Nəticələrin açıqlandığı mətbuat konfransında APA Holding“in prezidenti Vüsalə Mahirqızı da iştirak edib. 

 

AJF şirkəti “exit poll”u ölkə üzrə 835 məntəqədə 60 mindən çox respondentlə keçirib. Sorğuda nisbi xəta 0,4 faiz təşkil edir. 

Qeyd edək ki, “Arthur J.Finkelstein and Associates” (AJF) şirkəti “APA Holding”in dəvəti ilə Azərbaycandakı prezident seçkilərində “exit-poll” keçirib. AJF şirkəti ilə “APA Holding” arasında əməkdaşlıq haqqında müqavilə sentyabr ayında holdinqin prezidenti Vüsalə Mahirqızı və şirkətin rəhbərlərindən biri olan Barbara Fiala arasında imzalanıb. “Arthur J.Finkelstein and Associates” şirkəti ABŞ-da 40 ildir siyasi konsaltinq və tədqiqatlar sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətdir. Şirkətin nümayəndələri ABŞ, Kanada, İsrail və Şərqi Avropa ölkələrində müxtəlif siyasi kampaniyalarda iştirak ediblər, sorğular keçiriblər və strategiyalar hazırlayıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4747
avatar

Oxşar yazılar