ABŞ səfiri Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
23 may 2014 10:03 (UTC +04:00)

ABŞ səfiri Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Diplomatik mənbələrdən APA-ya məlum olub ki, səfirə “Azadlıq” radiosuna müsahibəsində işlətdiyi bəzi ifadələr xatırladılıb, Azərbaycanın daxili işlərinə qarışmağın əksini tapdığı fikirlərə yol verilməsinin qeyri-məqbul olması barədə irad bildirilib.

 

Səfirin diqqətinə çatdırılıb ki, bu kimi addımlar həm iki ölkə arasında münasibətlərin ruhuna, həm də diplomatik fəaliyyət normalarına uyğun deyil.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2062
avatar

Oxşar yazılar