ABŞ səfiri Bakıda məzunlarla görüşüb
28 fevral 2013 19:42 (UTC +04:00)

ABŞ səfiri Bakıda məzunlarla görüşüb

 

 

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkəsi tərəfindən maliyyələşdirilən təhsil proqramlarının 100-dən çox məzunu ilə görüşüb. Səfirlikdən Lent.az-a verilən məlumata görə, İçəri Şəhərdə yerləşən Qız Qalası İncəsənət Qalereyasında keçirilən görüşdə Birləşmiş Ştatlarda təhsil almış Azərbaycan hökumətinin görkəmli nümayəndələri, iş adamları və QHT liderləri bir araya bir araya gəliblər.

 

İştirakçılar yeddi müxtəlif mübadilə proqramlarını təmsil ediblər və onlar bu gün Azərbaycanda çalışan 5000-dən çox ABŞ təhsilli məzunların bir hissəsidirlər.

 

Morninqstar iki ölkə arasında təhsillə bağlı yaradılan əməkdaşlığı yüksək qiymətləndirib: “Təhsil mübadiləsi üzrə məzunlar Birləşmiş Ştatlar və Azərbaycan arasındakı əməkdaşlığın ən əhəmiyyətli körpülərindən biridir. Onlar dövlət sektorundan tutmuş biznes, təhsil sahəsinə qədər hər bir sahədə liderlərdir və sabit, çiçəklənən Azərbaycanın qurulmasında əhəmiyyətli rol oynayırlar”. 

 

Daha sonra səfir Morninqstar, Azərbaycanda təhsilin gələcəyinin formalaşmasında həyata keçirdiyi fəaliyyətə görə ABŞ Dövlət Departamentinin “Ayın Məzunu” adlı nüfuzlu mükafatını Sevinc Məmmədovaya təqdim edib. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ABŞ Səfirliklərinin təqdim etdikləri namizədlər arasından seçilmiş xanım Məmmədova, Maski magistr mübadilə proqramının məzunudur və hal-hazırda Azərbaycan Mərkəzi Bankında Təhsil Şöbəsinə rəhbərlik edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579
avatar

Oxşar yazılar