Bakıda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın aparıcı müxalifət partiyalarının rəhbərləri ilə görüşüb.
Lent.az-ın verdiyi məlumata görə, bu barədə Vətəndaş və İnkişaf Partiyasının mətbuat xidməti məlumat yayıb.
Yüksək səviyyəli ABŞ diplomatları ilə görüşdə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, “El” hərəkatının rəhbəri Eldar Namazov və REAL hərəkatının həmsədri Erkin Qədirli iştirak ediblər.
Görüşdə Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət və qarşıdan gələn prezident seçkiləri ətraflı müzakirə olunub.