ABŞ nümayəndə heyətinin Azərbaycan səfəri ləğv olunub.
Bunu AzadlıqRadiosuna ABŞ-ın Azərbaycandakı səfirliyindən deyiblər:
«Azərbaycan hökuməti oktyabrın 9-u prezident seçkisinə qədər bu səfərin təxirə salınmasını istəyib. Biz təəssüf edirik ki, seçkiöncəsi vəziyyətlə tanış olmaq üçün nümayəndə heyəti Azərbaycana səfər edə bilməyib».
Məlumatda daha sonra deyilir:
«ABŞ səfirliyi Azərbaycanda seçkiqabağı vəziyyəti yaxından müşahidə etməkdə davam edir və insanların iradəsini əks etdirən azad, ədalətli seçki prosesi keçirməyə çağırır».