ABŞ Milli Demokratiya İnstitutunun rəhbərliyi Azərbaycanda olub
18 aprel 2013 19:28 (UTC +04:00)

ABŞ Milli Demokratiya İnstitutunun rəhbərliyi Azərbaycanda olub

 

 Bu həftə ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) rəhbərliyi Azərbaycana səfər edib və qurumun ölkədəki fəaliyyəti ilə bağlı məsələləri müzakirə edib.

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət katibinin köməkçisinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

 

“Ümid edirəm ki, bu məsələ ətrafında yaranmış anlaşılmazlıq aradan qaldırılacaq” - deyən T.Melia qeyd edib ki, MDİ dünyanın bir çox ölkələrində demokratiya və seçkilərlə bağlı proqramlar həyata keçirən, vətəndaş cəmiyyəti ilə işləyən məşhur təşkilatdır: “Bu təşkilata resurs mənbəyi kimi baxmaq lazımdır. Vətəndaş cəmiyyətinin bu resursdan faydalanması çox vacibdir”.

 

Hazırda həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədovla görüşü ilə bağlı sualı cavablandıran T.Melia deyib ki, Azərbaycan tərəfi ABŞ tərəfindən qaldırılan bu məsələyə dair konkret cavab verməyib: “Təklifimizə nə “hə”, nə də “yox” cavabı verildi”.

# 399
avatar

Oxşar yazılar