ABŞ-dan Azərbaycan prezidentinə növbəti təbrik
18 oktyabr 2013 17:29 (UTC +04:00)

ABŞ-dan Azərbaycan prezidentinə növbəti təbrik

ABŞ-ın Nyu-Meksiko ştatının qubernatoru Susana Martinez Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Lent.az-ın məlumatına görə, təbrikdə deyilir: “Sizi yenidən prezident seçilməyiniz və Azərbaycan xalqını vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində atdığı növbəti mühüm addım münasibətilə təbrik edirəm.
Demokratik prosesin əhəmiyyətli bir hissəsi olan ümumxalq seçkiləri seçicilərə seçim etmək imkanı yaradır.
Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlığa malikdir. Əminəm ki, ölkələrimiz ekstremizmin yayılmasının qarşısının alınması, qlobal miqyasda tolerantlığın və tərəqqinin təbliği üçün birlikdə işləməkdə davam edəcəklər. Bir amerikalı kimi mən Azərbaycanın ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına mühüm töhfələrini yüksək qiymətləndirirəm”.
 

 

Qubernator daha sonra qeyd edib ki , Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərii Trans-Adriatik boru kəməri layihəsinin (TAP) “Cənub” qaz dəhlizinin Avropaya qaz nəqli marşrutu kimi seçilməsi ilə bağlı bu yaxınlarda verilmiş qərar daha da gücləndirib: “ABŞ və bizim avropalı müttəfiqlərimiz bu cür enerji məsələlərində Azərbaycanın liderliyini tanıyır. Bizim ortaq dəyərlərimizə müxtəliflik, tolerantlıq, azlıqlara və insan hüquqlarına hörmət də daxildir. Bunlar hər bir demokratik sistemin fundamental əsaslarıdır. Cənab prezident, Azərbaycanın dostu olaraq ölkənizi inkişaf etdirmək səylərinizdə sizə uğurlar və xalqınıza rifah arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1117
avatar

Oxşar yazılar