"Türk dünyasının bütünləşməsində Türkiyə və Azərbaycanın rolu"
13 may 2013 10:47 (UTC +04:00)

"Türk dünyasının bütünləşməsində Türkiyə və Azərbaycanın rolu"

İstanbulda "Türk dünyasının bütünləşməsində Türkiyə və Azərbaycanın rolu" adlı konfrans keçirilib. Lent.az-ın məlumatına görə, Türkiyə  Böyük  Millət Məclisinin üzvləri, ictimai xadimləri, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin iştirak ilə keçən konfransı açan Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram çıxış edərək konfransın əhəmiyyətindən danışıb.

 

Konfransda çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva "bir millət, iki dövlət" olan Azərbaycanla Türkiyə arasında yüksək səviyyədə əlaqələrin olmasının məmnuniyyət verici olduğunu bildirib. İki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha genişləndirilməsinin vacibliyini qeyd edən millət vəkili  bu əməkdaşlığın bütün  Türk dünyasının birliyi  üçün bir təməl rolunu oynadığını və oynaya biləcəyini deyib.

 

Konfransda “Azərbaycan həqiqətləri” adlı filmlər toplusu, “Hocalı Soykırımı: tanıkların dili ile”, “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabları, “Hocalı Soykırımı” və “Ruhum Qarabağlıdır” filmləri də təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563
avatar

Oxşar yazılar