"Prezidentlər Vyanada 90 dəqiqə təkbətək danışıqlar aparıblar”
19 dekabr 2013 19:26 (UTC +04:00)

"Prezidentlər Vyanada 90 dəqiqə təkbətək danışıqlar aparıblar”

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün vahid komanda kimi çalışır.


 

APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində bildirib.

 

Onun fikrincə, tərəflər nizamlama prosesində heç biri uduzmadan və hər kəsin qazanması şərti ilə irəliləyiş əldə edə bilərlər: “Bu, Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqlarının qurbanları hesabına əldə oluna bilməz. İnanırıq ki, bütün tərəflər münaqişənin sülh yolu ilə həllində maraqlıdırlar”.

 

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünə toxunan həmsədr deyib ki, dövlət başçıları 90 dəqiqə təkbətək danışıqlar aparıblar: “Mən orda olmasam da, bilirəm ki, onlar vəziyyətdən çıxış yolu tapmaq üçün nizamlama prosesinin həssas məqamları barədə çox açıq danışıblar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 945
avatar

Oxşar yazılar