Qurultaya hazırlıq məqsədi ilə partiyanın 83 rayon və şəhər təşkilatında konfranslar keçirilib və qurultaya 750-dən çox nümayəndə seçilib. Qurultay nümayəndələrinin 180 nəfərindən çoxunu gənclər, təxminən 180 nəfərini isə qadınlar təşkil edir.
Qurultayda 2013-cü ilin Prezident seçkilərində YAP-ın namizədi təsdiq olunacaq.
Məlumatda o da qeyd olunur ki, keçirilmiş bütün konfranslarda Azərbaycan prezidenti, YAP-ın sədri İlham Əliyevin 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsi tövsiyə edilib.