"Bu, rus tarixşünaslığına qara ləkədir"
29 oktyabr 2013 23:49 (UTC +04:00)

"Bu, rus tarixşünaslığına qara ləkədir"

“Ermənilərin sifarişini yerinə yetirməklə, Tarasov kimi satın alınan müəlliflər tarix elmində qədim ənənələri və metodologiyası olan rus tarixşünaslığının imicinə zərbə vurub”.

 

APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, Moskvada rusiyalı tarixçi Oleq Kuznetsov “Qarabağ münaqişəsinin “mifləri” haqqında həqiqət” kitabının təqdimat mərasimi zamanı belə deyib. Oleq Kuznetsov “Tarasovun mifləri” adlandırdığı çap məhsulunun erməni sifarişi olduğunu bir sıra faktlarla sübut edib: "Stanislav Tarasovun yazdığı “Dağlıq Qarabağ haqqında miflər” kitabı rus tarixşünaslığına qara ləkədir. Tarasov kimi müəlliflər arxiv sənədlərini, tarixi faktları sifarişçilərinə sərf etdikləri formada təhrif edib kitab yazır. Rus tarixşünaslığında yer almış bu biabırçılıq məni bu haqda kitab yazmağa məcbur etdi".

 

O.Kuznetsov S.Tarasovun öz kitabında təhrif etdiyi arxiv sənədlərini də təqdim edib. O, bu sənədlərin Rusiya dövlət sosial-siyasi tarixi arxivindən (RQASPİ) tapıldığını söyləyib.

 

Təqdimat mərasimində çıxış edən, keşmiş diplomat, Azərbaycanın BMT-dəki keçmiş səfiri Eldar Quliyev bildirib ki, Stanislav Tarasovun diplomatik sənəddə əks olunan tarixi faktları saxtalaşdırmasına müvafiq orqanlar tərəfindən hüquqi qiymət verilməlidir.

 

Yazıçı Çingiz Hüseynov isə bildirib ki, “Qarabağ münaqişəsinin “mifləri” haqqında həqiqət” kitabının müəllifi Oleq Kuznetsov bu əsəri yazmaqla rus tarixşünaslığının şərəfini qoruyub.

 

2012-ci ilin iyul ayında “Arqumenti i faktı” qəzetinin redaksiyasında “Dağlıq Qarabağ haqqında miflər” kitabının təqdimat mərasimində azərbaycanlı jurnalistlərin iştirakından xəbər tutan ermənilər mətbuata sual verməyə icazə verməmişdilər. Opponentlerindən fərqli olaraq Oleq Kuzentsov isə kitabının təqdimat mərasimində ermənilərə fikirlərini bildirmək üçün tam şərait yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1194
avatar

Oxşar yazılar