İrəvanda erməniləri ifşa edən ombudsman Bakıya gələcək
05 oktyabr 2013 04:19 (UTC +04:00)

 İrəvanda erməniləri ifşa edən ombudsman Bakıya gələcək

Moldovanın ombudsmanı Aureliya Qrioqoriu ermənilərə daha bir humanitar zərbə endirib, insanlıq dərsi keçib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Moldovanın ombudsmanı Aureliya Qrioqoriu «Ermənistan insan haqları ilə bağlı tədbir təşkil olunsa, ora gedərsinizmi» sualını o, belə cavablandırıb: «Onlar çox «qonaqsevər» olduqlarından İrəvana bir də getmərəm. Oktyabrın 30-da Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıya gedəcəyəm».

Xatırladaq ki, o, İrəvanda keçirilən toplantıda Azərbaycan torpaqlarının 20 faizini Ermənistanın işğal etdiyini, erməniləri azərbaycanlılara qarşı soyqırım apardığını söyləmişdi. Bundan sonra dünyanın çeşidli yerlərindən ermənilər ona qarşı hücuma keçib, hədələyib, şərləyib. Ermənilərin A.Qriqoriuya qarşı qarayaxmaları, böhtanları bu gün də davam etməkdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769
avatar

Oxşar yazılar