Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli Rüstəm İbrahimbəyovla görüşmək üçün Tiflisə yola düşüb.
“Qafqazinfo” xəbər verir ki, Milli Şuradan prezidentliyə vahid namizəd Cəmil Həsənli Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla görüşmək üçün bazar günü axşam Tiflisə yola düşüb.
Görüşdə Cəmil Həsənlinin seçki kampaniyasının strategiyası və təşkilati məsələlər müzakirə ediləcək.
Musavat.com isə aydınlaşdırıb ki, bu görüşdə tamamilə fərqli, sürpriz hadisə də ola bilər. Mötəbər bir qaynaq deyib ki, Tiflis görüşündə R. İbrahimbəyov Milli Şura sədrinin də səlahiyyətlərini üzərinə götürmək üçün Cəmil Həsənlidən xahişdə buluna bilər.