“Yeni diplomatik səylər lazımdır”
05 sentyabr 2013 12:53 (UTC +04:00)

“Yeni diplomatik səylər lazımdır”

 

 

 

Təəssüf ki, hələ də bu münaqişənin ədalətli həllinə nail olunmayıb”


 

 “Biz ATƏT-in Minsk Qrupuna və dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsi həlli istiqamətində verəcəyi töhfələrə inanırıq”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Niderland Krallığının sabiq baş naziri Vim Kok verib.

 

Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunmadığına görə təəssüfləndiyini deyən Vim Kok bildirib ki, uzun illər davam edən bu münaqişənin həlli üçün yeni yolların axtarılması vacibdir: “Minsk Qrupu daha aktiv olmalıdır. Çünki bu təşkilatın uzun illərdir davam edən fəaliyyəti heç bir nəticə verməyib. Prosesi dalandan çıxartmaq üçün yeni diplomatik səylər lazımdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358
avatar

Oxşar yazılar