“Versace” Dağlıq Qarabağda istehsal müəssisəsi açacağını təkzib etdi
12 sentyabr 2013 15:07 (UTC +04:00)

“Versace” Dağlıq Qarabağda istehsal müəssisəsi açacağını təkzib etdi

“Versace” şirkətinin Dağlıq Qarabağda parça istehsal edəcək fabrikin açılması ilə hər hansı əlaqəsinin olması haqda informasiyalar həqiqətə uyğun deyil.


 

Bunu APA-ya İtaliyanın məşhur “Gianni Versace” şirkətinin ictimaiyyətlə əlaqələr bölməsinin mütəxəssisi Ornelia Medaglia deyib. O bildirib ki, “Versace” bölgədə geyim və ya aksessuar istehsal etmir və belə bir planı da yoxdur.  

 

Xatırladaq ki, Ermənistan mediası “Versace”nin işğal olunmuş Dağlıq Qarabağda parça istehsal edəcəyi ilə bağlı xəbər yayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384
avatar

Oxşar yazılar