“The İndependent”  Azərbaycanla bağlı xüsusi hesabat dərc etdi
18 oktyabr 2013 18:33 (UTC +04:00)

“The İndependent” Azərbaycanla bağlı xüsusi hesabat dərc etdi

Böyük Britaniyanın aparıcı qəzetlərindən olan “The İndependent”  Azərbaycanla bağlı xüsusi hesabat dərc edib.

 

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, “The Report” müstəqil media şirkəti tərəfindən hazırlanmış “Azərbaycan - yüksələn feniks” adlanan xüsusi hesabatda Azərbaycanın son illərdə müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən və beynəlxalq miqyasda öz mövqeyini möhkəmləndirməsindən söhbət açılır. 

 

Hesabatda Azərbaycanın baş nazirinin müavini, xarici işlər, iqtisadi inkişaf, rabitə və informasiya texnologiyaları, gənclər və idman, mədəniyyət və turizm nazirləri ilə müsahibələr dərc edilib. Hesabatda ölkəmizin iqtisadi potensialı, yüksələn beynəlxalq rolu, xarici siyasət kursu, turizm potensialı haqqında ətraflı məlumat verilib. Hesabat “The Report” media şirkətinin internet səhifəsində yerləşdirilib və hesabatı “www.the-report.net/azerbaijan” internet keçidindən əldə etmək mümkündür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722
avatar

Oxşar yazılar