”Suriyaya müdaxilə ilə bağlı konkret qərar qəbul olunmayıb”
02 sentyabr 2013 12:59 (UTC +04:00)

”Suriyaya müdaxilə ilə bağlı konkret qərar qəbul olunmayıb”

“Suriyaya müdaxilə məsələsi heç ABŞ-da belə konkret bir şəkil almayıb. Çox yaxşı bilirsiniz ki, bu gün hələ ABŞ Konqresi və Prezidenti bu məsələ ilə bağlı konkret bir qərar qəbul etməyib. Yaxşı olar ki, biz bu mövqenin konkret nədən ibarət olduğunu gözləyib, sonra mövqe bildirək”.


 

APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyası rəhbərinin müavini, PA xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Dəyişən dünyada Cənubi Qafqaz” forumunun sual-cavab hissəsində deyib.

 

PA rəsmisi bildirib ki, Azərbaycanın indidən bu məsələyə mövqe bildirməsi siyasi məntiqə və diplomatik məntiqə uyğun olmazdı: “Amma bu sualı yaxşı olardı ki, ümumiyyətlə Azərbaycanın indiyə qədər apardığı xarici siyasət kursunu, bu istiqamətdə göstərdiyi fəaliyyəti, eyni zamanda Azərbaycanın iki ildir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizliyi Şurasında apardığı siyasəti nəzərə alıb verəydiniz". 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370
avatar

Oxşar yazılar