“Səsvermə qanunda nəzərdə tutulduğu kimi davam edir”
09 oktyabr 2013 09:48 (UTC +04:00)

“Səsvermə qanunda nəzərdə tutulduğu kimi davam edir”

Avropa Parlamentinin üzvləri bu gün Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə prosesini izləyir.

 

APA-nın məlumatına görə, Avropa Parlamentinin üzvü, Avropa Parlamentində Sosialistlər və Demokratların İnkişaf İttifaqı Qrupunun üzvü Oleq Valjalo Bakının Yasamal rayonunda 16 saylı Dairə Seçki Komissiyasının 27 saylı seçki məntəqəsində səsvermə üçün yaradılan şəraitlə tanış olub, səsvermə prosesinin başlanmasını izləyib, eləcə də səsvermə üçün qeydiyyatdan keçən seçicilərin siyahısını nəzərdən keçirib.

 

Avropa Parlamentinin üzvü Oleq Valjalo digər məntəqələrə də baş çəkəcəyini bildirib: “Səhər seçkilər başlayandan biz buradayıq. Müşahidələrimiz əsasında deyə bilərəm ki, hələlik səsvermə prosesi qanunda nəzərdə tutulduğu kimi davam edir. Vətəndaşlar gəlir, vəsiqələrini təqdim edib səs verirlər”.

 

Qazaxıstanda olan müşahidəçi, MDB müşahidə missiyasının üzvü Yesen Kuminskali isə deyib ki, bu məntəqəsində seçki prosesi Seçki Məcəlləsinə uyğun olaraq keçir: “Biz indiyədək heç bir pozuntu aşkar etməmişik. Hələ ki, hər şey öz qaydasında gedir. Seçkilərin yekunu ilə bağlı mətbuat konfransının sabah keçirilməsi nəzərdə tutulur”.

 

Qeyd edək ki, 16 saylı Dairə Seçki Komissiyasının 27 saylı seçki məntəqəsində ümumilikdə 1313 nəfərin adı səs vermək üçün siyahıya alınıb. İndiyədək 45 nəfər səs verib, 3 nəfərin adı səsvermə siyahısında adı aşkar olunmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700
avatar

Oxşar yazılar