Seçkilər başlayandan indiyədək altı seçki məntəqəsində olmuşuq. Deyə bilərəm ki, seçkilər açıq və şəffaf mühitdə keçirilir”.
Bunu APA-ya açıqlamasında Mərkəzi Avropa Siyasi Monitorinq Qrupuna daxil olan Amerika müşahidəçi qrupunun üzvü Solomon Porfilio Ortiz bildirib.
Onun sözlərinə görə, müşahidə apardıqları seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə almayıblar: “Hər şey ABŞ-dakı kimidir. Hətta seçici aktivliyi ABŞ-dakından yüksəkdir”.