“Sadovod” da saxlanılanlar arasında Azərbaycan vətəndaşları da var
28 oktyabr 2013 13:45 (UTC +04:00)

“Sadovod” da saxlanılanlar arasında Azərbaycan vətəndaşları da var

0

Moskva şəhərinin ən böyük ticarət mərkəzlərindən biri olan “Sadovod”da Rusiya xüsusi təyinatlı polisi əməliyyat keçirib. Səhər saatlarında keçirilən əməliyyat zamanı xeyli sayda miqrant saxlanılıb.


 

Moskva Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, saxlanılan miqrantlar arasında Azərbaycan vətəndaşları da var. Saxlanılan bütün miqrantlar yaxınlıqdakı polis bölmələrinə aparılıblar. Onların sənədləri və hər hansı cinayətdə iştirak edib-etmədikləri yoxlanılacaq. İdarədən o da bildirilib ki, “OMON”un keçirdiyi reyd paytaxt bazarlarının kriminaldan təmizlənməsi çərçivəsində həyata keçirilir.

 

Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı xüsusi nümayəndəsi, polkovnik Eldar Səmədov isə APA-ya açıqlamasında deyib ki, “OMON”un keçirdiyi reyd Azərbaycan vətəndaşlarına qarşı yönəlməyib və bütün miqrantlar yoxlanılır: “Kimin sənədi qaydasında deyilsə, onun barəsində tədbir görülür. Miqrantların hansısa cinayətdə iştirak edib-etmədikləri də araşdırılır”.

 

Qeyd edək ki, “Sadovod” Ticarət Mərkəzi Azərbaycanın Quba rayonunda doğulmuş dağ yəhudisi Qod Nisanova məxsusdur. Bu ticarət mərkəzində xeyli sayda azərbaycanlı çalışır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1377

Oxşar yazılar