“Rusiyada baş verənlər millətçi qüvvələrin oyunlarıdır”
07 noyabr 2013 13:56 (UTC +04:00)

“Rusiyada baş verənlər millətçi qüvvələrin oyunlarıdır”

“Rusiyada baş verən hadisələr hansısa millətçi qüvvələrin oyunlarıdır”.


 

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin I vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında bildirib.

 

Z.Əsgərov bu məsələlərin Kremldən yönləndirilməsi ilə bağlı səsləndirilən fikirlərlə qətiyyən razı olmadığını deyib: “Rusiya çoxmillətli dövlət olduğu üçün mən bu fikirlərlə qətiyyən razı ola bilmərəm. Əgər bu siyasət belə davam etsə, Rusiyanı çox böyük təlatümlər gözləyə bilər. Rusiyada qeyri-ruslara qarşı bu cür ağlasığmaz işgəncələrin verilməsi, onların döyülməsi, öldürülməsi, təhqir olunması bir qrup millətçi qüvvələrin işləridir. Hesab edirəm ki, buna da bir əncam çəkilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 925
avatar

Oxşar yazılar