“Rəsul Quliyev Milli Şuraya yaraşan adam deyil”
02 noyabr 2013 14:34 (UTC +04:00)

“Rəsul Quliyev Milli Şuraya yaraşan adam deyil”

Açıq Cəmiyyət Partiyasının (ACP) keçmiş lideri Rəsul Quliyevin Milli Şuradan kənarlaşdırılması məsələsi növbəti sessiyada yenidən qaldırılacaq.

 

Bu barədə APA-ya məlumat verən qurumun üzvü, Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli bildirib ki, R. Quliyevin Milli Şuradan kənarlaşdırılmasını tələb edənlər çoxdur: “Milli Şuranın növbəti sessiyasında Rəsul Quliyevin qurumdan çıxarılması avtomatik müzakirəyə çıxarılacaq. Çünki ötən sessiyada İntizam Komissiyası qarşısında qurumun iclaslarında iştirak etməyənlərin araşdırılması məsələsi qoyulub. Sessiyada təşkilati məsələlərə baxılarsa, bu məsələ yenidən qaldırılacaq. Milli Şurada tək mən yox, başqaları da Rəsul Quliyevin çıxarılmasının tərəfdarıdır. Gültəkin Hacıbəyli, Səxavət Soltanlı və başqaları da Rəsul Quliyevin Milli Şuraya yaraşan adam olmadığını bildiriblər”.

 

Xatırladaq ki, Milli Şuranın ötən sessiyasında R. Quliyev qurumun fəaliyyətini kəskin tənqid etdiyinə və Milli Şura üzvlərinə qarşı bir sıra ittihamlar səsləndirdiyinə görə, üzvlükdən çıxarılması təklif edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815
avatar

Oxşar yazılar