“Qarabağ” bloku növbəti toplantısını keçirib. Lent.az-ın məlumatına görə, toplantıda verilmiş qərarların icrası haqda hesabat dinlənilib və qərarların icrası qənaət bəxş hesab edilib.
Sonra Azərbaycandakı ictimai-siyasi vəziyyət, tanınmış vəkil Qurban Məmmədovun həbsi, qonşu Türkiyədə baş verən son hadisələr, Rusiyanın Ermənistanı silahlandırması kimi məsələlər müzakirə olunub.