QHT Əməkdaşlıq Alyansının sifarişi ilə “Proqnoz” Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi 2013-cü il 9 oktyabr Prezident seçkisində “exit-poll” keçirib.
QHT Əməkdaşlıq Alyansının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sorğu 125 seçki dairəsi üzrə 939 məntəqədə aparılıb.
Prosesə ölkə üzrə 500 intervüyer cəlb edilib. Gün ərzində intervüyerlərdən mərkəzə daxil olan məlumatlar yerli və xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq standartlara uyğun təhlil olunub. “Exit-poll”un nəticələri aşağıdakı kimidir:
1. Ağazadə İqbal Fehruz oğlu - 1.88 %
2. Əliyev İlham Heydər oğlu - 83.89 %
3. Əlizadə Araz Məmməd Mübariz oğlu - 0.71 %
4. Hacıyev Hafiz Ələmdar oğlu - 0.79 %
5. Həsənquliyev Qüdrət Müzəffər oğlu - 1.30%
6. Həsənli Cəmil Poladxanoğlu - 8.20 %
7. İsmayılov İlyas Abbas oğlu - 0.95 %
8. Quliyev Fərəc İbrahim oğlu - 0.63 %
9. Məmmədov Sərdar Calal oğlu - 0.67 %
10. Oruc Zahid Məhərrəm oğlu - 0.98 %