“İranda saxlanan Xalidə Xalidin Azərbaycana qaytarılması ilə bağlı zəruri işlər görülür”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.
Ə. Həsənov bildirib ki, dövlətin müvafiq qurumları İranda saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalidin azadlığa buraxılması ilə bağlı fəaliyyətini davam etdirir: “ Azərbaycanın Xarici İşlər Nazirliyi məsələyə öz münasibətini açıqlayıb və bu işlə də məşğuldur. Mənim buna münasibət bildirməyimin isə prosesə heç bir təsiri olmayacaq”.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalid aprelin 30-da Təbrizdə saxlanılıb.