“Azərbaycanda gənclərə ipoteka kreditlərinin ayrılması məsələsi cənab prezidentin xüsusi diqqətindədir”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
O qeyd edib ki, bu məsələ ilə bağlı hazırda həm Gənclər və İdman Nazirliyi, həm də müxtəlif qurumlar tərəfindən təkliflər daxil olmaqdadır: “Təbii ki, cənab prezidentin də fikri ondan ibarətdir ki, gənclərə ipoteka kreditlərinin verilməsi ilə bağlı şərtlər Azərbaycan gəncliyinin bugünkü maraqlarına cavab versin. Bununla bağlı təkliflər də təbii ki, dəyərləndiriləcək. Hazırda bununla bağlı müzakirələr aparılır”.