“Hürriyet” Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyi aradan qaldırdı
19 oktyabr 2013 19:45 (UTC +04:00)

“Hürriyet” Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyi aradan qaldırdı

 

Türkiyənin nüfuzlu “Hürriyet” qəzetinin internet saytında Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik aradan qaldırılıb.

 

Lent.az-ın verdiyi məlumata görə, bu gün saytın abunə olmaq üçün nəzərdə tutulan bölməsində (Kaydol) ölkə adlarının arasında Azərbaycanın işğal olunmuş ərazisində separatçılar tərəfindən elan edilən və heç bir dövlət tərəfindən tanınmayan oyuncaq “Dağlıq Qarabağ Respublikası”nın adı çıxarılıb.

 

Qeyd edək ki, Türkiyənin nüfuzlu “Hürriyet” qəzetinin internet saytında Azərbaycan ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirilmişdi. Saytın abunə olmaq üçün nəzərdə tutulan bölməsində (Kaydol) ölkə adlarının arasında Azərbaycanın işğal olunmuş ərazisində separatçılar tərəfindən elan edilən və heç bir dövlət tərəfindən tanınmayan oyuncaq “Dağlıq Qarabağ Respublikası”nın da adı salınmışdı. Ötən gün Azərbaycanın Türkiyədəki səfirliyi bununla bağlı qəzet rəhbərliyinə öz etirazını bildirmişdi. “Hürriyet” qəzetindən isə bildirilmişdi ki, saytdakı yanlışlıqla bağlı şikayət qəbul olunub və həmin şikayət araşdırılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1958
avatar

Oxşar yazılar