“Gələcək Naminə” Gürcüstanda Azərbaycanı təmsil edir
17 sentyabr 2013 12:16 (UTC +04:00)

“Gələcək Naminə” Gürcüstanda Azərbaycanı təmsil edir

“Gələcək Naminə” İctimai Birliyinin nümayəndələri Gürcüstanın Kobuleti şəhərində keçirilən beynəlxalq təlim proqramında ölkəmizi təmsil edirlər.

 

Lent.az-ın verdiyi məlumata görə, Avropanın 12 ölkəsinin QHT nümayəndələrinin iştirakı ilə keçirilən “Gənclərin iştirakı ilə layihələrin idarə olunması” adlı təlim proqramı Gürcüstan-Slovakiya cəmiyyətinin texniki və maddi dəstəyi ilə baş tutub.

 

“Gələcək Naminə” İctimai Birliyinin sədri İsgəndər Ağakişiyev bildirib ki, təlim proqramı çərçivəsində gənclərin iştirakı ilə iri layihələrin idarə olunması mexanizmləri tədris olunub, praktiki və psixoloji məşğələlər keçirilib. Tədbir çərçivəsində bir neçə gürcü gənclər təşkilatı ilə əməkdaşlıq görüşlərinin keçirilməsi də planlaşdırılır. Təlim proqramı çərçivəsində “Azərbaycan Günü” keçirilib və əcnəbi gənclərə ölkəmizin mədəni dəyərləri ilə bağlı geniş məlumat verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

Oxşar yazılar