“Əsas təhlükə Ermənistan qoşunlarının mövcudluğudur”
05 dekabr 2013 15:52 (UTC +04:00)

“Əsas təhlükə Ermənistan qoşunlarının mövcudluğudur”

Azərbaycanın xarici işlər naziri ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib


 

“Həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında təsbit olunmuş baza prinsipləri hərtərəfli kompleks sülh razılaşması üzrə danışıqlara başlamaq üçün təməl təşkil edə bilər”. APA-nın Kiyevə ezam olunmuş müxbirinin xəbərinə görə, bu sözləri ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclasında çıxışında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün məsləhətləşmələri intensivləşdirmək qərarına gəliblər.

 

Nazir qeyd edib ki, Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında həllinə tərəfdardır: “Bölgədə sülhə əsas təhlükə Azərbaycan ərazisində Ermənistan qoşunlarının olmasıdır. Münaqişə zonasının demilitarizasiyası qarşılıqlı etimadın yaranmasına, aqressiv bəyanatların və gərginliyin azalmasına imkan verər”.

 

E. Məmmədyarov Ermənistanı danışıqlarda irəliləyişə nail olmaq üçün konstruktiv mövqe tutmağa çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1125
avatar

Oxşar yazılar