“El” rəsmisi: “İsa Qəmbər Bakıda olsaydı...”
16 dekabr 2013 12:13 (UTC +04:00)

“El” rəsmisi: “İsa Qəmbər Bakıda olsaydı...”

“İsa Qəmbərin dünən Bakıda keçirilən mitinqdə yox, Ukraynada “Maydan”da iştirak etməsini Milli Şura daxilində gedən bəzi fikir ayrılıqları ilə bağlamaq heç də uğurlu yanaşma deyil”.

 

Bunu Lent.az-a açıqlamasında Milli Şuranın üzvü, “El” Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev deyib. “El” rəsmisinin sözlərinə görə, bu cür yanaşma Milli Şuradakı gərginliyin daha da artmasına xidmət edir: “Hər halda, İsa Qəmbər dünən Milli Şuranın mitinqində olsaydı, daha yaxşı olardı, amma Ukraynada Azərbaycan müxalifətini təmsil etmək, Ukrayna və Azərbaycan xalqlarının dostluğu haqqında məlumat vermək də kifayət qədər önəmlidir”.

 

E.Quliyevin fikrincə, bu baxımdan Müsavat başqanının Ukrayna səfərinə tənqidlə yanaşmaq faydalı olmaz.

 

Qeyd edək ki, dünən Müsavat başqanı İsa Qəmbər Ukraynada “Maydan”da keçirilən mitinqində iştirak edərək, etirazçılar qarşısında çıxış edib. Dünən eyni zamanda, Bakıda da Milli Şuranın mitinqi keçirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683
avatar

Anar Gəraylı

Oxşar yazılar