“Bütün iddialarla bağlı MSK araşdırma aparacaq”
09 oktyabr 2013 21:25 (UTC +04:00)

“Bütün iddialarla bağlı MSK araşdırma aparacaq”

Yeni Azərbaycan Partiyası (YAP) Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçkilərin nəticələrini legitim saymamasına münasibət bildirib. YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında bildirib ki, C. Həsənli də vaxtında xalqın yanında olsaydı, çoxlu görüşləri və sair olsaydı, indi qələbə onun olardı: “Cəmil Həsənli və müşahidəçiləri ağıllarına nə gəlir danışa bilərlər, amma həqiqət artıq göz qabağındandır ki, xalq İlham Əliyevin yanındadır. Əlbəttə, bütün iddialarla bağlı Mərkəzi Seçki Komissiyası araşdırma aparacaq. Etiraz etmək onların hüququdur və bunun üçün onlara yer də ayrılıb. Onlar da ayrılan yerlərdə öz etirazlarını bildirə bilərlər. Amma qanundan kənar istənilən halların qarşısı alınacaq. Reallıq ondan ibarətdir ki, Azərbaycan xalqı bir daha sübut etdi ki İlham Əliyevlədir”.

 

Ə. Əhmədov deyib ki, C. Həsənlinin məğlubiyyətinin səbəbi təkcə təbliğat kampaniyasını zəif aparması deyil, onun ümumiyyətlə, xalqın etimadını qazana bilməməsidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769
avatar

Oxşar yazılar