Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev də prezident seçkilərində iştirak edib.
APA-nın məlumatına görə, R. Əliyev saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsində səs verib.
Qeyd edək ki, R. Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb.