Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Makedoniyanın baş naziri Nikola Qruevskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Makedoniyanın baş nazirinin Azərbaycana səfərinin uğurlu olacağına ümidvar olduğunu bildirib.
Makedoniyanın baş naziri ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb. Baş nazir siyasi əlaqələrlə yanaşı ölkəsinin Azərbaycan ilə iqtisadi və digər sahələrdə də əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyib.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanacaq sənədin önəmi vurğulanıb, əlaqələrimizin enerji, turizm, sərmayə qoyuluşu və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
”Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıyıq ”
0
0
0
0