“Türkiyənin Ermənistanla təmaslarında Azərbaycanın maraqlarından kənar bir şey düşünməsi müzakirə mövzusu ola bilməz”.
Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistan səfərinə münasibət bildirərkən deyib.
Səfir qeyd edib ki, Türkiyə bölgədə tam sabitliyin təmin olunması üçün Azərbaycanla birgə çalışacaq.