“Bu gün müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anım günüdür. Onun vəfatından 10 il keçir. Ancaq nə qədər illər keçsə də, Heydər Əliyevin özünün dediyi kimi, nə qədər ki, Azərbaycan olacaq, o qədər də Heydər Əliyev olacaq”.
Lent.az-ın məlumatına görə, bunu mərhum prezident Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlama verən Mİlli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib.
O bildirib ki, Heydər Əliyev Azərbaycanda daima əbədi olub və elə də olacaq: “Heydər Əliyev bizim qəlbimizdə ədədidir və əbədi olacaq. Allah ona rəhmət eləsin. Ruhu şad olsun!”.
“Azərbaycan olduqca Heydər Əliyev də olacaq”
601