Misirin Azərbaycandakı səfiri Tarik Əbu Sina ölkəsinin xarici işlər naziri Nabil Fəhminin ölkədə baş verən hadisələrlə bağlı məktubunu Azərbaycanın xarici işlər nazirinə təqdim edib. APA-nın Misirin dövlət informasiya xidmətinə istinadən yaydığı məlumata görə, Nabil Fəhmi məktubunda bildirib ki, bir sıra beynəlxalq kütləvi informasiya vasitələrinin Misir haqqında yaydığı yanlış informasiyalarla əlaqədar Misir diplomatiyası ölkədəki real vəziyyəti izah etməyə ehtiyac durub.
Azərbaycanın xarici işlər naziri isə ölkəmizin Misir xalqına hörmət bəslədiyini bildirib və qeyd edib ki, Azərbaycan Misirdəki mövcud vəziyyəti bu ölkənin daxili işi kimi qiymətləndirir.