“Azərbaycan Latviyanın etibarlı dostudur”
05 sentyabr 2013 11:48 (UTC +04:00)

“Azərbaycan Latviyanın etibarlı dostudur”

0

“Sülh yolu ilə həll üsulu dünyanın bir çox yerində istifadə olunub və Dağlıq Qarabağ münaqişəsində də tətbiq edilə bilər”


 

“Azərbaycan həmişə Latviyanın etibarlı dostu olub. Latviya və Azərbaycanın rəsmi şəxsləri, iş adamları mütəmadi qarşılıqlı səfərlər həyata keçirir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Latviyanın keçmiş prezidenti Vayra Vike Freyberqa verib.

 

Sabiq prezident əlavə edib ki, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün gözəl perspektivlər var: “Bizim birgə tariximiz var və bu bir-birimizi anlamağa kömək edir”.

Regionda mövcud olan münaqişələrdən və onlar həlli barədə danışan Latviyanın eks-prezidenti bildirib ki, Dağlıq Qarabağ münaqişəsi bugünkü görüşün əsas mövzulardandır: “Nizami Gəncəvi Mərkəzinin fəaliyyətinin  əsas istiqaməti tolerantlıq və birgə mövcudluq ideyalarının təbliğidir. Münaqişələr cəmiyyətlər üçün böyük əziyyətdir. Qaçqınlar illərlə öz doğma yurdlarına qayıda bilmirlər, lakin ümid həmişə var. Latviyada çoxları deyirdi ki, ölkənin müstəqilliyi bərpa etmək şansı yoxdur, amma bu, baş verdi. SSRİ dağıldı, çox şey dəyişdi, əvvəllər sərhədi olmayan yerdə sərhədlər yarandı. Dağlıq Qarabağ münaqişəsini o zaman həll etmək mümkün olacaq ki, xalqlar bu münaqişədən daha çox itirdiklərini anlayacaqlar. Münaqişənin həlli yolu var və bu konflikt sülh yolu ilə çözülməlidir. Bu üsul dünyanın bir çox yerlərdə istifadə olunub və burada da tətbiq oluna bilər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 655

Oxşar yazılar