“Azərbaycan diplomatiyası böyük sınaqdan keçdi”
01 noyabr 2013 20:39 (UTC +04:00)

“Azərbaycan diplomatiyası böyük sınaqdan keçdi”

BMT Təhlükəsizlik Şurasına üzvlüyü ərzində Azərbaycan diplomatiyası çox böyük sınaqdan keçdi. Azərbaycanın BMT TŞ-yə ikinci dəfə sədrliyinin 31 oktyabr tarixində başa çatması ilə bağlı açıqlama verən xarici işlər nazirliyinin mətbuat katibi Elman Abdullayev bunun Azərbaycan diplomatiyası üçün yeni bir təcrübə olduğunu və diplomatiya üçün yeni səhifə açıldığını deyib. APA TV-nin xəbərinə görə, sədrlik müddətində Azərbaycanın Dağlıq Qarabağla bağlı haqlı mövqeyinin də qurumda səsləndirildiyini xatırlatdı: "Təbii ki, Azərbaycanın xarici siyasətində duran bir nömrəli məsələ Ermənistan-Azərbaycan münaqişəsi humanitar kontekstində və ümumiyyətlə BMT qərarlarının həyata keçirilməməsi kontekstində qaldırdı və 20 il öncə qəbul olunan 4 qətnamənin bu gün də qəbul olunmamasının beynəlxalq ictimaiyyət üçün narahatlıq doğuran faktor olduğu vurğulandı".

 

Elman Abdullayevin sözlərinə görə, üzvlük müddətində Azərbaycan tamamilə fərqli bir simada beynəlxalq ictimaiyyətdə təmsil olunub. Elman Abdullayev bildirib ki, Azərbaycan birinci və ikinci sədrliyi dövründə iki önəmli təşəbbüslə çıxış edib.

 

Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzvlüyü bu ilin sonunda bitir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619
avatar

Oxşar yazılar