“Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır”
18 aprel 2013 19:01 (UTC +04:00)

“Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır”

Tomas Melia İlham Əliyevin növbəti dəfə prezident seçkilərində iştirakı ilə bağlı “qırmızı xətt” ifadəsini işlətmədiyini, mətbuatın fikirlərini təhrif etdiyini açıqlayıb


 

Bakı. Viktoriya Dementyeva - APA. “Azərbaycan ABŞ üçün vacib tərəfdaş olaraq qalır. Ölkələr arasında əməkdaşlıq üç əsas istiqamət - demokratik inkişaf, təhlükəsizlik və energetika istiqamətləri üzrə həyata keçirilir”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia keçirdiyi mətbuat konfransında deyib.

 

Tomas Melia Bakıda rəsmi şəxslərlə, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirdiyini, görüşlərdə Azərbaycanı plüralizmə, əsas azadlıqların, sərbəst toplaşmaq azadlığı və ifadə azadlığını inkişaf etdirməyə çağırdığını deyib.

 

O qeyd edib ki, ABŞ Azərbaycana bu mühüm seçkilər ilində siyasi sabitliyin qorunması üçün dörd mühüm addım atmağı təklif edir. Bu təkliflər jurnalistlərə, siyasi fəallara təzyiqlərin ciddi şəkildə araşdırılması, söz azadlığı hüququndan istifadəyə görə həbs edilən gənc siyasi fəalların azadlığa buraxılması, vətəndaş cəmiyyəti ilə - bura demokratik cəmiyyətin inkişafına töhfə verən Azad Fikir Universiteti və digər QHT-lər daxildir - dialoqun aktivləşdirilməsi, siyasi partiyalarla dialoqun dərinləşdirilməsi, onlarla açıq debatların keçirilməsidir. 

 

“Bu il prezident seçkilərinin azad və ədalətli keçirilməsi bizim üçün vacibdir” deyən Tomas Melia seçkilərin ATƏT və digər beynəlxalq təşkilatların standartlarına uyğun keçiriləcəyinə ümidvar olduğunu bildirib. 

 

Azərbaycan prezidenti İlham Əliyevin növbəti dəfə prezident seçkilərində iştirakı ilə bağlı “qırmızı xətt” ifadəsini işlətməsi haqqında mətbuatda gedən məlumatlara gəldikdə, Tomas Melia qeyd edib ki, mətbuat onun fikirlərini təhrif edib, o, belə fikir işlətməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475
avatar

Oxşar yazılar