“Azərbaycan-Gürcüstan Gənclərinin Beynəlxalq Festivalı” başlayıb
17 oktyabr 2013 20:22 (UTC +04:00)

“Azərbaycan-Gürcüstan Gənclərinin Beynəlxalq Festivalı” başlayıb

Oktyabrın 17-də Gürcüstanın İdman və Gənclər Nazirliyində (GİN)  Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev və Gürcüstanın idman və gənclər naziri Levan Kipianinin “Azərbaycan-Gürcüstan Gənclərinin Beynəlxalq Festivalı”na həsr olunmuş birgə mətbuat konfransı keçirilib.

 

Azərbaycan GİN-in mətbuat katibi Səmayə Məmmədovanın Tiflisdən Lent.az-a verdiyi məlumata görə, L. Kipiani ortaq layihələrin gənclər sahəsinə göstərdiyi önəmdən danışıb. O, hər iki ölkə tərəfdən bu layihədə 100-ə yaxın gəncin iştirak etdiyini deyib. 

 

Öz növbəsində, İ. Babayev Gürcüstan və Azərbaycan xalqlarının birgə layihələri, bu layihələrin nəticəsi olaraq qazanılan uğurlardan söz açıb. Nazir müavini qeyd edib ki, 18 oktyabrda Gürcüstanın Sinqnaxi şəhərində baş tutacaq festival mədəniyyət və idman sahələrinin tanınması baxımından iki ölkənin gəncləri üçün çox önəmli olacaq.

 

Oktyabrın 19-dək davam edəcək festival çərçivəsində Azərbaycan və Gürcüstan hökumətləri arasında gənclərlə iş və idman sahələrində imzalanmış əməkdaşlıq haqqında sazişlərin müddəalarını həyata keçirilməsi üçün 2014-2015-ci illər üçün tədbirlər planı imzalanacaq.

 

Bundan başqa idman yarışları, müxtəlif sənətkarlıq işlərinin sərgisi, milli xörəklərin nümayişi, moda sərgisi, hər iki ölkənin gənclər təşkilatları ilə görüş və Azərbaycan və gürcü gənclərinin iştirakı ilə konsert proqramının təşkili nəzərdə tutulub.  

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1095
avatar

Oxşar yazılar