Ermənistan Gömrük İttifaqına daxil olmaqla Avropa Birliyi (AB) ilə azad ticarət haqqında saziş imzalamaq şanslarını məhdudlaşdırıb.
APA-nın xəbərinə görə, bunu AB-nin fəaliyyətdə olan sədri Litvanın xarici işlər naziri Linas Linkeviçyus AFP-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, AB Ermənistan prezidenti Serj Sarkisyanın elan etdiyi qərara hörmətlə yanaşır: “Biz istənilən ölkənin seçiminə hörmət edirik. Amma iki sistem bir-biri ilə uzlaşmır. Onlar müxtəlif tələblər üzündən hər iki təşkilata daxil ola bilməzlər”.
L.Linkeviçyus şimali və Baltik ölkələrinin yeddi naziri ilə birgə yaydığı bəyanatda isə Rusiyanın postsovet məkanına təzyiqlərindən açıq şəkildə bəhs ediblər: “AB-nin şərq tərəfdaşlarının Avropaya inteqrasiyasına və AB ilə əməkdaşlıq cəhdinə görə istənilən iqtisadi təhdid və siyasi təzyiqlə üzləşməsi yolverilməzdir”.