“Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması Dağlıq Qarabağ məsələsindən asılıdır”
06 may 2013 20:03 (UTC +04:00)

“Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması Dağlıq Qarabağ məsələsindən asılıdır”

Ermənistan və Türkiyə arasında münasibətlərin nizamlanması Dağlıq Qarabağ məsələsində konkret addımların atılmasından asılıdır.


APA-nın məlumatına görə, bu barədə Türkiyənin gömrük və ticarət naziri Hayati Yazıcı bildirib.

 

Nazir xatırladıb ki, Türkiyə Ermənistanın müstəqilliyini  tanıyan ilk ölkələrdən olub.

 

“Türkiyə Cənubi Qafqazda əməkdaşlığı zəruri hesab edir və 2009-cu ilin 10 oktyabrında Sürixdə Ermənistanla diplomatik münasibətlərin nizamlanmasına dair protokol imzalayıb.

Bizim ölkə bununla, erməni-türk münasibətlərinin nizamlanmasının Cənubi Qafqazda davamlı olacağına inamını saxlayır. Bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində konkret addımlar atılacağı təqdirdə daha da etibarlı və davamlı olacaq. Türkiyə bu məsələdə hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir”, -  deyə H. Yazıcı bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472
avatar

Oxşar yazılar