Oktyabrın 17-də Yunanıstanın baş naziri Antonis Samaras prezident İlham Əliyevə telefonla zəng edib. Lent.az-ın məlumatına görə, Antonis Samaras prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlət başçısını təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Yunanıstanın baş nazirinə minnətdarlığını bildirib. Söhbət zamanı Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.