XİN Suriya ilə bağlı mövqeini açıqladı
17 sentyabr 2013 19:27 (UTC +04:00)

XİN Suriya ilə bağlı mövqeini açıqladı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Suriyada kimyəvi silahların istifadəsinə dair mövqeyini açıqlayıb.


XİN mətbuat xidmətindən APA-ya verilən açıqlamada bildirilir ki, Azərbaycan Suriyada kimyəvi silahlardan istifadə olunmasını və onların bütün formalarda tətbiqini kəskin şəkildə pisləyir.

 

“Biz təhlükəsizlik və siyasi baxımdan olduqca çətin şəraitdəki fəaliyyətlərinə və nümayiş etdirdikləri peşəkarlığa görə BMT-nin Suriyada kimyəvi silahlardan istifadə edilməsi iddialarının araşdırılması üzrə Missiyasının üzvlərinə təşəkkürümüzü bildiririk” – deyə açıqlamada qeyd olunur.

 

Azərbaycan Rusiya ilə ABŞ arasında Suriyanın kimyəvi silah ehtiyatının mühafizəsinin təşkili və məhv edilməsinə dair əldə olunmuş anlaşmanı dəstəkləyir: “Suriya böhranının siyasi həllinə nail olunması üçün Azərbaycan BMT-də və o cümlədən BMT Təhlükəsizlik Şurasında bütün maraqlı tərəflərlə birgə fəaliyyətə hazırdır. Gözlənilir ki, Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının İcraiyyə Şurasının Suriyanın kimyəvi silahlarının tez bir zamanda məhv edilməsi və onun üzərində sərt yoxlama rejiminin tətbiqi üzrə xüsusi prosedurları nəzərdən keçirəcək və bu xüsusda müvafiq qərar qəbul edəcəkdir. Ümumiyyətlə, Azərbaycan daima TŞ-ni beynəlxalq sülhün və təhlükəsizliyin bilavasitə qorunmasına məsul bir qurum kimi qəbul edib, onun qərar və qətnamələrini mütləq şəkildə yerinə yetirilməsini zəruri hesab edib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755
avatar

Oxşar yazılar