70 deputat Oqtay Əsədova müraciət etdi
15 may 2013 12:09 (UTC +04:00)

70 deputat Oqtay Əsədova müraciət etdi

70 millət vəkili bununla bağlı parlamentin spikerinə müraciət edib


 

İyunda Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi gözlənilir. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. Onun sözlərinə görə, bununla bağlı parlamentin 70 deputatı konstitusiya hüququndan yararlanaraq MM-in spikerinə müraciət ediblər: “MM-in yaz sessiyası may ayının sonunda başa çatır. Adətən sessiya ərzində hansısa məsələlər qaldıqda, onları müzakirə etmək üçün deputatlar Milli Məclisin rəhbərliyinə müraciət edə bilərlər. Növbədənkənar sessiyanın keçirilməsi ilə bağlı qərar yəqin ki, MM-in növbəti iclasında qəbul olunacaq”.   

 

Qeyd edək ki, MM-in növbəti iclası mayın 21-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1737
avatar

Oxşar yazılar