Ukrayna prezidenti Viktor Yuşşenko xanımı Katerina Yuşşenko ilə Azərbaycana iki günlük rəsmi səfərə gəlib.
APA-nın məlumatına görə, nümayəndə heyətinin tərkibinə xarici işlər naziri vəzifəsini icra edən Vladimir Xandoqiy, müdafiə naziri Yuri Yexanurov, iqtisadiyyat nazirinin müavini Natalya Botsun, prezidentin katibliyinin başçısının müavini Andrey Qonçaruk, prezidentin enerji təhlükəsizliyi beynəlxalq məsələlər üzrə səlahiyyətli nümayəndəsi Boqdan Sokolovski, «Naftoqaz» şirkətinin idarə heyətinin sədrinin müavini Vadim Çuprun, Milli Kosmik Agentliyin baş direktorunun birinci müavini Valeri Komarov, Volınsk dövlət vilayət administrasiyasının sədri Nikolay Romanyuk, Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru Leonid Quberskiy daxildir.
Rəsmi səfərinin əsas hadisəsi Ukrayna və Azərbaycan Prezidentləri Şurasının birinci toplantısıdır. Səfər çərçivəsində iki ölkə arasında iclasın yekununa dair protokol, Ukrayna ilə Azərbaycanın 2009-2010-cu illərdə əməkdaşlığına dair Yol Xəritəsi, 1997-ci il martın 24-də imzalanmış hərbi-texniki əməkdaşlıq haqqında hökumətlərarası sazişə dəyişikliklər haqqında protokol, regionlararası əməkdaşlıq haqqında sənəd və 2009-2010-cu illər üçün xarici siyasət idarələri arasında məsləhətləşmələr planının imzalanması nəzərdə tutulur.
Viktor Yuşşenko prezident İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcək, Bakı Slavyan Universitetində çıxış edəcək, Ukrayna Xalq Cümhuriyyətinin 1919-1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyasının yerləşdiyi binaya vurulmuş xatirə lövhəsinin açılış mərasiminə qatılacaq.

Viktor Yuşşenko Azərbaycana gəldi
Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30