Monitorinq qrupu Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələrdə normal şəraitdə baş tutdu.
Lent.az bildirir ki, bunu APA-nın Şuşaya ezam olunmuş xüsusi müxbirinə İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov bildirib.
Onun sözlərinə görə, monitorinq qrupu aidiyyəti üzrə fikirlərini bildirib və təkliflərini təqdim edib.
Nazirlik nümayəndəsi qeyd edib ki, təbii ehtiyatların qanunsuz istismarına, yataqların qeyri-qanuni işlənməsinə imkan verilməyəcək.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri başa çatıb. Monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutub.